Azərbaycanın Macarıstandakı səfirliyi hədələrlə bağlı bu ölkənin müvafiq strukturlarını məlumatlandırıb

Səfirlik bütün lazımi tədbirlərin görülməsini və faktın ciddi şəkildə araşdırılmasını istəyib 
Azərbaycanın Macarıstandakı səfirliyi diplomatik missiyanın ünvanına gələn hədələrlə bağlı bu ölkənin müvafiq strukturlarını məlumatlandıraraq bütün lazımi tədbirlərin görülməsini və faktın ciddi şəkildə araşdırılmasını istəyib. Bu barədə APA-ya səfirliyin katibi Rəşad Səfərov məlumat verib. O bildirib ki, təhdidlərdən sonra səfirlik gücləndirilmiş təhlükəsizlik rejiminə keçib: "Səfirlik tam tərkibdə fəaliyyətini davam etdirir. Səfirliyin bütün əməkdaşları, o cümlədən hədə-qorxu məktubunda adları çəkilən şəxslər öz iş yerindədir".
R. Səfərov Macarıstanın Azərbaycanla diplomatik əlaqələri dayandıracağı barədə Ermənistan mediasının informasiyasını yalan adlandırıb: "Bundan söhbət belə gedə bilməz. Macarıstan tərəfi bu haqda heç bir açıqlama verməyib".
Xatırladaq ki, erməni terror təşkilatı ASALA-nın Azərbaycanın Macarıstandakı səfirliyinin ünvanına hədə-qorxu dolu məktub göndərdiyi bildirilib. Məktubda səfirliyin bir sıra əməkdaşlarının adları sadalanıb və onlar ölümlə təhdid edilib.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında