Macarıstan XİN Azərbaycanla diplomatik münasibətlərin dayandırılması haqqında məlumatı cəfəngiyat adlandırıb

Macarıstan XİN rəsmi Budapeştin Azərbaycanla diplomatik münasibətlərin dayandırılması məsələsinə baxması barədə məlumatı cəfəngiyat adlandırıb. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Ermənistan KİV-inin məlumatını şərh edərkən bildirib.
Səfirin sözlərinə görə, o bu gün Macarıstan XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya Departamentinin direktoru Erne Keşneni ilə görüşüb və Keşneni bu məlumatı cəfəngiyat adlandırıb. Macarıstan XİN-in rəsmi nümayəndəsi bəyan edib ki, Budapeşt bundan sonra da Azərbaycan və əgər rəsmi Yerevanın istəyi olarsa, Ermənistan da daxil olmaqla, bütün ölkələrlə münasibətləri inkişaf etdirmək niyyətindədir.
Bu gün Ermənistan KİV-i ATƏT-in Vyanadakı Katibliyindəki mənbəyə istinadən Macarıstanın Azərbaycanla diplomatik münasibətlərin dayandırılması məsələsinə baxması barədə məlumat yayıb. Mənbənin sözlərinə görə, guya, bu məsələ dünən Macarıstanın ATƏT-dəki missiyasının üzvləri ilə amerikalı diplomatların qeyri-formal naharı zamanı müzakirə olunub və bu, Macarıstanın azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana verilməsindən sonra mürəkkəb xarici siyasi vəziyyətdən çıxmağın variantlarından biri kimi nəzərdən keçirilir.
V.Quliyevin verdiyi məlumata görə, iki gün bundan əvvəl o, Macarıstan Baş nazirinin beynəlxalq əlaqələr üzrə müavini Peter Szijjartla görüşüb. Szijjart bəyan edib ki, bu məsələ artıq Budapeşt üçün bağlanıb. Dünən isə Baş nazir Viktor Orban özü də bəyan edib ki, Macarıstan Ramil Səfərovun verilməsi məsələsində beynəlxalq normalara uyğun və şəffaflıq şəraitində hərəkət edib.
"Səfərovun verilməsi məsələsi ilə bağlı müxtəlif şayiələr yayılır. Macarıstanın Azərbaycanla diplomatik münasibətləri dayandırmasının mümkünlüyü haqqında məlumat onlardan biridir", - səfir qeyd edib.
V.Quliyev deyib ki, iki ölkə əməkdaşlığı davam etdirir və gələcəkdə də öz münasibətlərini inkişaf etdirmək niyyətindədir. Yaxın vaxtlarda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır və hər iki ölkə hökuməti bu iclasa hazırlıq görür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında