Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Ukrayna Ali Radasına keçiriləcək seçkiləri müşahidə edəcəkdir

Sentyabrın 5-də Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşdür.  
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, sədr strateji müttəfiqlər olan Azərbaycan ilə Ukrayna arasında çoxsahəli əməkdaşlığın ildən-ilə inkişaf etdiyini vurğulamışdır. M.Pənahov 10 ildən artıqdır ki, iki ölkənin MSK-ları arasında əməkdaşlıq barədə memorandumunun imzalandığını və bu sənədə uyğun olaraq təcrübə mübadiləsinin aparıldığını qeyd etmişdir.
Azərbaycanın Ukrayna üçün sadəcə strateji tərəfdaş deyil, həm də yaxın dost olduğunu vurğulayan səfir ölkəmizin sürətlə inkişafından məmnunluğunu bildirmişdir. Diplomat oktyabrın 28-də Ali Radaya keçiriləcək seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün Ukrayna tərəfinin dəvətini MSK sədrinə çatdırmışdır.
Dəvətə görə təşəkkürünü bildirən M.Pənahov qeyd etmişdir ki, MSK-nın əməkdaşları Ukraynada bundan əvvəl də keçirilmiş seçkilərdə müşahidəçi kimi iştirak etmişlər. Sədr demişdir ki, Ali Radaya keçiriləcək seçkiləri MSK-nın əməkdaşları həm beynəlxalq qurumların missiyalarının tərkibində, həm də müstəqil nümayəndə heyəti olaraq müşahidə edəcəklər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında