Avstriyanın Avropa və xarici işlər üzrə naziri Azərbaycana səfərə gələcəkdir

Avstriyanın Avropa və xarici işlər üzrə naziri Mixael Şpindeleqqer geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəkdir.
Bu barədə Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Silvia Mayer-Kaybiç bildirmişdir.
Səfir vurğulamışdır ki, nümayəndə heyətinin geniş tərkibli olması Avstriyanın Azərbaycan ilə əməkdaşlıqda kifayət qədər maraqlı olmasının göstəricisidir. Bu maraq təkcə iqtisadi deyil, mədəniyyət sahəsində əməkdaşlığa da aiddir.
M.Şpindeleqqer səfər çərçivəsində Avstriyanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Dillər Universitetində Avstriya kitabxanasının açılış mərasimlərində iştirak edəcəkdir.
Bundan əlavə, M.Şpindeleqqer Azərbaycanın Baş naziri ilə, Xarici İşlər Nazirliyində görüş keçirəcəkdir. Səfər çərçivəsində regionda və dünyada iqtisadiyyat, energetika, təhlükəsizlik məsələləri, Azərbaycan ilə Avstriya arasında mədəniyyət sahəsində əməkdaşlıq, elm və təhsil sahəsində təcrübə mübadiləsi müzakirə olunacaqdır.
S.Mayer-Kaybiç qeyd etmişdir ki, Avstriya şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirməkdə maraqlıdır. Hazırda bu ölkənin şirkətləri Qusarda qış dağ turizm kompleksinin inşasını həyata keçirirlər.
Avstriyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətini bildirən səfir vurğulamışdır ki, ölkəsi problemin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında