Özbəkistanın milli bayramı şərəfinə

Sentyabrın 4-də Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 21-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır. 
Səfir Şerzod Fayziyev ölkəsinin 21 il ərzində keçdiyi inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır. Diplomat dost ölkələr olan Azərbaycan ilə Özbəkistan arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır.
Özbəkistanın Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini deyən səfir ikitərəfli əlaqələrin daha da inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın dinamik inkişafını xüsusi qeyd edən diplomat ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığın bundan sonra da dönmədən inkişaf edəcəyinə ümidvar olduğunu söyləmişdir.
Baş nazirin müavini Abid Şərifov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, özbək xalqına əmin-amanlıq və firavanlıq arzulamışdır. A.Şərifov demişdir ki, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dərin tarixi kökləri vardır. Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə əlaqələrin inkişafından danışan Baş nazirin müavini dövlətlərimiz arasında əməkdaşlığın uğurla davam etdirildiyini bildirmişdir.
Özbəkistanın bir çox məsələlərdə Azərbaycanın yanında olduğunu vurğulayan A.Şərifov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında