Dinc azərbaycanlı əhali daim erməni terrorunun hədəfindədir

Müasir dövrdə dünyada terrorçuluğa qarşı birgə mübarizə meylləri gündən-günə güclənməkdədir. Artıq beynəlxalq ictimaiyyət XXI əsrin ən dəhşətli bəlasının terror olduğunu qəbul edir. Bununla belə, təəssüf ki, hələ də dünya birliyi erməni terroruna və onun törətdiyi dəhşətli fəsadları lazımınca qiymətləndirməmiş, terroru və beynəlxalq terrorçuları himayə edən Ermənistan Respublikası qınaq obyektinə çevrilməmişdir.
Bu bir həqiqətdir ki, ermənilər müxtəlif dövrlərdə Azərbaycanın dinc mülki əhalisinə qarşı terror aktları törətmişlər. Növbəti terror dalğası 1990-cı illərdə daha dəhşətli şəkil aldı. Ermənilərin hədəfində hər kəs vardı: uşaqlar, qocalar, qadınlar. 1991-ci il sentyabrın 8-də Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun erməni terrorçuları tərəfindən partladılması nəticəsində 6 nəfər qətlə yetirilmiş, 36 nəfər yaralanmışdır. Buna qədər isə 9 belə hadisə törədilmiş, ümumilikdə 68 nəfər (əsasən qadınlar, uşaqlar, qocalar) həlak olmuş, 132 nəfər yaralanmışdır. Ermənilər hava nəqliyyatında da kütləvi terror aktları törətmişlər. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyot vurulmuşdur. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - Azərbaycan Respublikasının Milli Məclisin deputatı, dövlət katibi T.İsmayılov, baş nazirin müavini millət vəkili Z.Hacıyev, dövlət müşaviri millət vəkili M.Əsədov, baş prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov və V.Məmmədov və digərləri faciəvi şəkildə həlak olmuşdur. 1992-ci il yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulmuş, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olmuşdur. Ermənilərin hava nəqliyyatına qarşı həyata keçirdiyi terror aktları nəticəsində, ümumilikdə, 176 nəfər qətlə yetirilmişdir. 1992-ci il yanvarın 8-də erməni terrorçuları "Krasnovodsk-Bakı" sərnişin bərəsini partlatmış, nəticədə 25 nəfər həlak olmuş, 88 nəfər ağır yaralanmışdır.
Ermənilər insan qanına susayan vəhşi xislətiylə hərəkət edərək dinc əhalinin kütləvi şəkildə məhvinə hesablanmış terror aktları da törətmişlər. 1994-cü il martın 19-da Bakı metropoliteninin 20 Yanvar stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. İstintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyi ilə separatçı Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. Həmin il iyulun 3-də yenə Bakı metropoliteninin 28 May - Gənclik stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək terror aksiyası həyata keçirmək tapşırığı ilə respublikaya göndərilmiş Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov törətmişdir.
Müxtəlif vaxtlarda erməni terrorçularının mülki əhaliyə qarşı həyata keçirdiyi 340-dək terror aktı nəticəsində 1250 nəfər qətlə yetirilmiş, 1283 nəfər yaralanmışdır. 1992-ci ildə Xocalıda törədilən soyqırımı nəticəsində 613 nəfər dinc sakin qanına qəltan edilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. Belə dəhşət doğuran faktlardan istənilən qədər saymaq olar. Bütün bunlar ermənilərin yer üzərində tayı-bərabəri olmayan amansız, qaniçən, qəddar terrorçu olmalarından xəbər verir. Tarixdə körpəyə, azyaşlı uşaqlara qarşı bu dərəcədə vəhşilik törədən ermənilər kimi ikinci bir millətin olmasına rast gəlinməmişdir. 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülmüş uşaqlar barəsində indi də məlumat verilmir.
Erməni terrorçuları azyaşlı uşaqları müxtəlif yollarla xüsusi amansızlıqla qətlə yetirmişlər. Onlar müxtəlif hiylələrlə öz məkrli xislətlərini hələ də davam etdirirlər. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq Tovuz rayonu ərazisindən axan çaya buraxan ermənilər iki uşağın ölümünə bais olmuşlar. İki azyaşlı uşaq oyuncağı götürərkən partlayış baş vermişdir. Keçən ilin martın 8-də Ermənistan silahlı qüvvələrinin əsgəri snayperdən atəş açaraq Ağdam rayonunun Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlovu başından vuraraq qətlə yetirmişdir. Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş vermiş dəhşətli hadisə bir daha erməni vəhşiliyini təsdiqləmişdir. Ermənilərin uşaq oyuncağı içərisində yerləşdirdikləri partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olmuş, anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır bədən xəsarəti almışdır.
Azərbaycan Respublikası erməni vəhşiliyini bütün dünyaya çatdırmaq əzmindədir. Bu gün bu həqiqətlər mötəbər beynəlxalq təşkilatların kürsülərində yüksək səviyyədə bəyan edilir. Bu il may ayının əvvəllərində Nyu Yorkda Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrliyinin başlaması ilə bağlı keçirilmiş iclasda çıxış edən möhtərəm Prezident İlham Əliyev bu məsələyə toxunmuş və bəyan etmişdir ki, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. O, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində müxtəlif yollarla terrorçuluğa məruz qaldığı barədə bəzi faktları beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırmışdır. Dövlət başçımız demişdir: "Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilib. Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktı törədib. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirib. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törədib. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə edib. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar öz həyatı ilə vidalaşıb. Yüzdən artıq qadın, altmış üç uşaq qətlə yetirilmişdir. Ermənistan həmçinin münaqişə zonasından uzaq məsafədə də ictimai nəqliyyatda və mühüm infrastruktur yerlərində, 1994-cü ildə Bakı metrosunda bomba partlayışı və digər əməllər kimi terror aktlarını törədərək, mülki əhaliyə qarşı mübarizə apardı".

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında