Azərbaycanın fövqəladə hallar naziri zəlzələ bölgəsinə səfər edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanın bu ilin mayında güclü zəlzələnin baş verdiyi şimal-qərb bölgəsinə səfər edib.
APA-nın yerli bürosunun xəbərində görə, nazir dünən səhər Zaqatalada olub. K.Heydərov burada zəlzələ nəticəsində dağılmış və yenidən tikilən şəhər 2 saylı orta məktəbdə aparılan tikinti işləri ilə maraqlanıb.
Daha sonra nazir Gözbarax kəndində gedib, kənddə zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evlərinin və orta məktəbin tikintisi ilə tanış olub.
Fövqəladə hallar naziri Qax rayonunun Güllük kəndində də olub. K.Heydərov burada aparılan işlərlə tanış olub, müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə Zaqatala və ətraf rayonlarda 3000-dən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında