Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatları ilə əlaqələrin inkişafına böyük önəm verir

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatları ilə əlaqələrin inkişafına böyük önəm verir. Azərbaycan dövlətinin başçısının Birləşmiş Ştatlara səfəri, eləcə də ABŞ-ın yüksək vəzifəli şəxslərinin ölkəmizə səfərləri ikitərəfli əlaqələrimizin inkişafında mühüm rol oynamışdır.
Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov sentyabrın 4-də Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsinin Avropa və Asiya məsələləri üzrə alt komitəsinin sədri Dən Börtin ilə görüşdə söyləmişdir.
Oqtay Əsədov demişdir ki, ABŞ Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu il diplomatik münasibətlərimizin 20 ili tamam olmuşdur və bu münasibətlə Vaşinqtonda təntənəli tədbir keçirilmişdir. Ötən dövr ərzində əlaqələrimiz bütün sahələrdə inkişaf etmişdir. Münasibətlərimizin daha da genişlənməsi üçün möhkəm hüquqi baza da vardır. Bu günədək iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əlaqələrimizin inkişafına dair 75 sənəd imzalanmışdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dollarından çox olmuşdur.
Bildirilmişdir ki, parlamentlərarası əlaqələr də yüksələn xətlə inkişaf edir. Milli Məclisdə və Konqresdə fəaliyyət göstərən dostluq qrupları təkcə qanunverici orqanlar arasında deyil, xalqlarımız arasındakı münasibətlərin genişlənməsində mühüm rol oynayırlar.
Milli Məclisin sədri görüşdə iştirak edən ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Riçard Morninqstarı təbrik etmiş, ona diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Dən Börtin Azərbaycana səfərindən məmnun qaldığını bildirmişdir. Azərbaycanın dinamik inkişafından danışan konqresmen Milli Məclisin inzibati binasının, deputatlar üçün yaradılmış şəraitin onları valeh etdiyini bildirmişdir. O, bu cür şəraitin ölkənin sürətli inkişafının əyani sübutu olduğunu vurğulamışdır.
Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, qanunvericilik sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında