Azərbaycan ilə Avropa İttifaqı arasında viza məsələlərinə dair seminar keçirilmişdir

Avropa İttifaqı Azərbaycanın Xarici İşlər Nazirliyi ilə birgə iyunun 17-18-də Bakıda mobillik və viza məsələlərinə dair seminar keçirmişdir.
Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən bildirmişlər ki, seminar "Şərq tərəfdaşlığı" proqramının Azərbaycanda icra olunması kontekstində təşkil edilmişdir.
Mobilliyin yaxşı idarə olunması və təhlükəsizlik baxımından lazımi şəraiti təmin etmək arzusunda olan tərəfdaş ölkələrin vətəndaşları üçün Avropa İttifaqı mobilliyi artırmağı təklif etməyə hazırdır. Bu məsələdə Azərbaycan ilə qurduğumuz dialoq çox təşviqedicidir.
Bu sözləri Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobia seminarın açılışında demişdir.
Seminar zamanı Azərbaycanın müvafiq nazirlik və qurumlarının nümayəndələri Avropa Komissiyasının rəsmiləri və ekspertləri ilə mobillik məsələlərinə dair fikir mübadiləsi aparmışlar.
Seminarda viza siyasəti, viza rejiminin yüngülləşdirilməsi, Avropa İttifaqının miqrasiyaya qlobal yanaşması, sənəd təhlükəsizliyi və sığınacaq məsələləri müzakirə olunmuşdur.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında