Vyanada "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda Forum keçiriləcək

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu 26-27 oktyabrda keçiriləcək.
Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadənin APA -ya verdiyi məlumata görə, Xarici İşlər, Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycanın Avstriya Respublikasındakı səfirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyi və ASAIF -in təşkilatçılığı ilə keçirilən Forum çərçivəsində Azərbaycan rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparacaq.
Forumda iştirak etmək üçün hal-hazırda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, magistrlər və doktorantlar müraciət edə bilərlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında