"Azərsu" ASC payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Həmin tədbirlərə isə kanalizasiya kollektorlarının, yağış sularının axıdılması xətlərinin və yağış barmaqlıqlarının tikilməsi ilə yanaşı, onların mütəmadi yuyulması daxildir. 
"Azərsu" ASC-nin təsdiq etdiyi proqrama uyğun olaraq payız-qış mövsümünə hazırlıqla əlaqədar bu istiqamətdə işlər xeyli sürətləndirilmişdir.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, artıq paytaxtın Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar buradakı mövcud kollektorların, yağış barmaqlıqlarının və baxıcı quyuların yuyulması başa çatdırılımışdır. Bundan əlavə, Bakı şəhərinin digər küçə və prospektlərində də payız-qış mövsümünə hazırlıqla əlaqədar anoloji işlər həyata keçirilir. Təkcə avqust ayı ərzində yağış sularının axıdılması üçün 17 kilometr uzunluğunda kollektor, 980 ədəd yağış barmaqlığı və 415 ədəd baxıcı quyu yuyulub təmizlənmişdir. Bu işlər intensiv yağıntılar zamanı yaranan suların normalarla axıdılmasına imkan verəcək və küçələrdə yağış sularının toplanmasının qarşısını alacaq.
Xatırladaq ki, son altı ay ərzində Bakı şəhərində 204 kilometr uzunluğunda kanalizasiya xətti, 58 kilometr uzunluğunda yağış kollektoru, 11 min baxıcı quyu və 7 min yağış barmaqlığı yuyulmuşdur. Proqrama əsasən isə mövsümün sonuna kimi yuyulmağa ehtiyacı olan kollektorların, yağış barmaqlıqlarının və baxıcı quyuların təmizlənib başa çatdırılması nəzərdə tutulmuşdur.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında