İşğalçı Ermənistan və onun terrorçu prezidentinin düzənlədikləri isterik şoular iflasa məhkumdur

Ramil Səfərov əfv edildi. Bu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində mümkün oldu. Azərbaycanın uşaqdan tutmuş böyüyə qədər hər bir vətəndaşı Ramil Səfərovun Budapeştdən Bakıya qaytarılaraq əfv edilməsini böyük humanizm nümunəsi və ədalətli addım hesab edir. 
Əslində, bu hadisə təkcə Azərbaycanda deyil, bütün dünyada ədalətin təntənəsi kimi qeyd edilməli olan bir məsələdir. Ona görə yox ki, Ramil Səfərov bizim həmyerlimiz, həmvətənimizdir və biz onun azad yaşamasını, millətinə, Vətəninə xidmət etməsini istəyirik. Məhz ona görə ədalətin təntənəsidir ki, Ramil Səfərov ermənilər tərəfindən təkcə son 20 ildə öldürülmüş minlərlə günahsız soydaşlarından yalnız birinin qisasını alıb. Qalanların qanı hələ yerdə qalmaqdadır. Ermənilər isə tam bir əsrdən bəri (əslində 100 ildən də çox bir zaman ərzində) arxalarında duran böyük dövlətlərin himayəsi altında azərbaycanlılara, demək olar ki, hər gün fiziki və mənəvi divan tutublar. Bu barədə tarixi faktlar kifayət qədərdir. 1905-ci il erməni-azərbaycanlı qırğını, Quba soyqırımı, 1918-ci ilin martında Bakı qırğını, Şamaxı qırğını və s. və i.a. Hələ iyirminci əsr boyu erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində türk diplomatlarına qarşı həyata keçirdikləri böyük miqyaslı terror siyasəti barədə danışmırıq.
Ramil Səfərov hələ 2004-cü ilin fevralında ermənini öldürəndə çox qəribə və dəhşətli bir mənzərə yarandı. Bir erməninin öldürülməsi sanki bütün dünyanı ayağa qaldırdı. Təbii ki, söhbət xristian dünyasından gedir. İndi də Ermənistanın terrorçu prezidenti, əli və olmayan vicdanı günahsız Xocalı sakinlərinin qanına bulaşmış Serj Sarkisyan Ramil Səfərovun əfv edilməsini tarixi Azərbaycan torpağı olan İrəvanın Azərbaycana qaytarılması qədər ağrılı qarşıladı. Hətta ABŞ-dan da bu məsələyə münasibət bildirən tapıldı. Bu yerdə bəlkə də lənət şeytana deyib keçmək olardı. Ancaq adam heyrətə gəlir. Nə baş vermişdir: Budapeştdə Azərbaycan bayrağını təhqir etdiyinə görə haqlı cəzasına çatdırılmış erməni Qurgen Markaryanı öldürmüş və bununla da əlini murdar erməni qanına bulamış Azərbaycan zabiti həyatını qazamatda keçirməyə məhkum olmalıdır? Bəyəm bir erməninin ölümü belə dünya miqyaslı bir hadisədir? ABŞ, eləcə də bir erməninin ölümündən ürəyi üzülən, nəfəsi tıncıxan digər dövlətlər, nəhayət ki, bir başınızı qaldırıb belə baxın, ermənilər Azərbaycanın 20 faizdən artıq ərazisinə soxularaq hər gün azərbaycanlı öldürürlər. Bunu niyə görmürsünüz və səsinizi çıxarmırsınız? Yoxsa bir xristian erməninin (əslində dinsiz və Allahsız, çünki Allahı tanıyan bir kəs, bir millət insanı müqəddəs bilməli, öldürməməlidir. Bu, Tövratdan bəri bütün səmavi kitabların ana xəttidir) bir müsəlman azərbaycanlını öldürməsi mükafata layiqdir? Buna görəmi 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan, bu müddət ərzində hər gün günahsız azərbaycanlıları öldürən, Xocalı kimi dəhşətli soyqırımı törədən ermənilərə gözün üstə qaşın var deyən yoxdur? Yoxsa müsəlmanların qanı Əfqanıstanda, İraqda, Çeçenistanda, Türkiyədə, Azərbaycanda - harda tökülməsindən asılı olmayaraq halaldır?! Bu haqqı sizə kim verib, cənablar?! Allah bu günahsız qanları bağışlamayacaq!
Nəhayət, erməni azğınlığı o həddə çatıb ki, bütün tarixi nankorluq, ədalətsizlik, satqınlıq, qan və iyrənclikdən ibarət olan, tarixə heç bir mədəni bəxşiş verməmiş bu millət dünyanın min illik mədəniyyətini yaratmış ölkələri sivilizasiyadan uzaq olmaqda ittiham edir. Niyə? Çünki dünya riyakarcasına "məzlum" obrazına bükdüyü ermənilərin hər cür cinayətini bağışlayır və bu cinayət müsəlman azərbaycanlıya qarşı törədilirsə, hətta mükafatlandırılır. Belə olmasaydı, Ramil Səfərovun doğulduğu rayon iyirminci əsrin sonunda vəhşi və mədəniyyətsiz ermənilər tərəfindən işğal ediləndə bir Allah bəndəsi əl saxla deyərdi. Bu minvalla Azərbaycanın 20 faiz torpağı - Dağlıq Qarabağ və daha 7 rayon işğal edildi, insanlar evlərindən qovuldu, evlər talan edildi. Bir milyon azərbaycanlı qaçqın-köçkün oldu. ABŞ bəyanat vermədi. Ermənilərə sağ ol deyildi. Bu işğal prosesində Ramil Səfərovun qohum-əqrəbası, millətinin minlərlə günahsız övladı həlak oldu, soyqırıma məruz qaldı, terrora uğradı, əsir götürüldü, körpələrə rəhm edilmədi, yenə ermənilərə əl saxla deyən olmadı. Əksinə, mükafatlandırıldılar. Cəzasızlıq o həddə çatdı ki, əli qana batmış bir erməni öldürüləndə Ermənistanda dəhşətə gəlirlər, bağırtıları dünyanı başına götürür. Dözə bilmirlər. Bəs heç düşünən varmı ki, Qarabağ cəbhəsində, demək olar ki, hər gün atəşkəsin pozulması nəticəsində ermənilər tərəfindən öldürülən azərbaycanlılar necə dözürlər?!
İndi Ermənistan prezidenti, terrorçu, Xocalı soyqırımının birbaşa iştirakçısı Serjik Sarkisyan beynəlxalq hüquqi aktlar əsasında Ramil Səfərovu Azərbaycana təhvil vermiş Macarıstanla diplomatik əlaqələri kəsir, bu ölkəni sivilizasiyadan uzaq hesab edir. Niyə? Çünki artıq iyirmi birinci əsrdir, amma ermənilər hətta prezidentləri səviyyəsində belə beynəlxalq hüquq deyilən bir şeyin nə olduğunu bilmirlər. Zaman-zaman məzlum azərbaycanlıları öldürüblər, torpağımızı işğal edərək özlərinə dövlət yaradıblar, bir şəhərin əhalisini ucdantutma məhv edərək soyqırım törədiblər, beynəlxalq ictimaiyyət susub, beynəlxalq hüquq işə düşməyib. Sadəcə, cəzasızlıqdan doğan azğınlıq! Yaddaşsız Sarkisyanın yadına onu da salmaq yerinə düşərdi ki, keçən əsrin əvvəllərində ABŞ və Avropa ölkələrində nə qədər günahsız insan yalnız türk olduğuna görə ermənilər tərəfindən öldürülüb. Qatillər isə məhkəmə tərəfindən azad buraxılıb. Terrorçu Andronik Ozanyan isə qulağı kəsilməklə canını qurtara bilib. İndi Ermənistanda onun heykəli ucalır.
Sarkisyan deyir: "Baş verən hadisə (Ramil Səfərovun azad edilməsi - P.Ə.) normal insan beyninə sığışmır". Görün, dünya nə həddə gəlib çatıb. Bilmirəm, əxlaqsızlıqdan da o yana bir hədd varmı? Qonşu ölkənin ərazisində özünə dövlət yaradan, sonra həmin ölkənin ərazisi hesabına sərhədlərini genişləndirmək eşqinə düşərək daha 20 faiz toprağını işğal edən, 100 il qonşu millətə qarşı dövlət səviyyəsində deportasiya, soyqırım və terror siyasəti aparan, bu gün də bu siyasəti əxlaqsızcasına davam etdirən Ermənistan dövləti və onun başçısı Sarkisyanın bu sözlərinin fərqinə varan oldumu dünyada? Bu erməni öz gözündəki tiri görmür, başqasının gözündə tük axtarır. O, daha sonra deyir: "Özünü sivill hesab edən inkişaf etmiş dövlət, ölkə belə hərəkət edə bilməz, belə ölkə öz tərəfdaşlarının tənqidinə layiqdir". Demək, terrorçu damğasını alnında gəzdirən Sarkisyan artıq Avropanın mərkəzində dünya mədəniyyət xəzinəsinə töhfələr vermiş Macarıstanı sivil ölkə hesab etmir. İndi bilirsinizmi, niyə dünyanın sonu, axirətin yaxınlaşması, Allahın insanı cəzalandırma məqamının yetişməsi haqqında söhbətlər artıb?! Bu işğalçı, bu terrorçu soyqırım törədəndə, günahsız insanlara - azərbaycanlılara divan tutanda cəzasını alsaydı, öz adı ilə terrorçu deyə çağırılsaydı və Beynəlxalq Haaqa Məhkəməsində Miloşeviçlə, Radovan Karaciçlə, Ratko Miladiçlə yanaşı otursaydı, belə danışa bilməzdi. Amma o, prezidentdir, törətdiyi ağlasığmaz cinayətlərə görə mükafatlandırılaraq terrorçu bir dövlətin - Ermənistanın prezidenti olub.
Bu məlumatı məmnunluqla yayan Rusiya mətbuatı isə Ramil Səfərovun Qurgen Markaryanı öldürdüyünü yazsa da, bu öldürülmənin səbəbi haqqında susur. Bir kəlmə belə yazmır, gizlədir, çünki sərf eləmir.
ABŞ isə bu hadisəni regional təhlükəsizlik üçün təhlükə hesab edir. Amma Azərbaycanın 20 faiz ərazisini işğal edən, orada terror, narkotika yuvası yaradan, qonşu dövlətlərə - Azərbaycana və Gürcüstana ərazi iddiası irəli sürən Ermənistan, belə çıxır ki, regional təhlükəsizliyə hər gün yeni töhfələr verir. Bu da ABŞ sayağı ədalət, demokratiya nümunəsi. Daha kimdən nə gözləyəsən?!

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında