Ramil SƏFƏROV: "Baş verənlər mənim üçün gözlənilməz oldu. Hər şeyə görə hamıya minnətdaram"

Azərbaycan vətəndaşı, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Sahib oğlu Səfərovun Macarıstandan Azərbaycana verilməsi ölkə əhalisini hədsiz dərəcədə sevindirmişdir. 8 il əvvəl Budapeştdə NATO kurslarında olarkən dövlət bayrağımızı təhqir etmiş azğın erməni zabitini həyatı bahasına cəzalandırmış və ömürlük həbs cəzası almış soydaşımızın, nəhayət, Vətənə gətirilməsi və Azərbaycan torpağına qədəm qoyduğu anda Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilərək azad olunması beynəlxalq aləmdə birmənalı qarşılanmasa da, xalqımızda və haqsevər insanlarda böyük məmnunluq yaratmışdır.
Artıq 5 gündür ki, azadlıqda olan Ramil Səfərov ağır, üzücü məhbəs həyatından sonra zəruri bərpa-uyğunlaşma prosesinə cəlb edildiyindən hələlik ondan qəzetimizin suallarına cavab ala bilməmişik. Onun Azərbaycan Televiziyasının "Həftə" proqramına müsahibəsini oxucularımıza təqdim edirik:
- Vətənə ayaq basan məqamda əfv olunmağım mənim üçün tamamilə gözlənilməz oldu. Mən dövlət başçısı İlham Əliyevə, dövlətimizə həmişə inanmışdım və bu inam Azərbaycana gətirilməyim və dərhal azadlığa buraxılmağımla bir daha özünü doğrultdu.
Mənim taleyimlə bağlı məsələlər hüquqi müstəvidən çıxmışdı və kənar qüvvələrin Azərbaycana köçürülməyimə inadla mane olması aşkar görünürdü. Azərbaycan dövləti də beynəlxalq hüquqa, ölkə konstitusiyasına uyğun olaraq, vətəndaşının nicatında qətiyyətli mövqe tutmuşdu. Son illərdə beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzu, Macarıstan dövləti ilə qurulan mötəbər əlaqələr, nəhayət, öz sözünü dedi. Məhbusların öz ölkəsinə verilməsi haqqında beynəlxalq konvensiyaya görə, mənim Azərbaycana qaytarılmağım barədə qərar vermək, yaxud imtina etmək Macarıstanın müstəsna hüququ idi. Bu məsələdə kimsə onu nəyəsə məcbur edə, yaxud mane ola bilməzdi. Gördüyünüz kimi, Macarıstan 2 qərar arasında seçim etməli oldu. Dediyim kimi, Azərbaycanın çəkisi, nüfuzu öz sözünü dedi. Halbuki, Macarıstan heç bir səbəb göstərmədən imtina da edə bilərdi.
Vətənə gətirilməyimə, azadlığa buraxılmağıma görə Macarıstan dövlətinə, Azərbaycan dövlətinə, xüsusən, bu məsələdə böyük siyasi iradə, xoş məram göstərmiş Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Mən həmişə xalqımızı, ölkəmizi, Prezidentimizi arxamda hiss etmişəm. Bu məndə ağır psixoloji şəraitdə, təkadamlıq kamerada yaşamağa güc, sabaha inam yaradıb. Məhbəsdə olsam da, daim ölkəmizdə gedən prosesləri izləmişəm, yüksəlişə sevinmişəm. Bu ilin mayında "Avroviziya" yarışları günlərində televiziya ilə gördüyüm möhtəşəm Bakı mənzərələri mənə böyük ruh yüksəkliyi gətirdi.
Təyyarə meydanında düşdüyüm andan gördüklərim də möcüzə təsiri bağışlayır. Hər şey qısa müddətdə miqyaslı dərəcədə dəyişmişdir. Hələ Bakı ilə, ətraf yerlərlə geniş tanışlıq imkanım olmasa da, gördüklərim sübut edir ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsidir.
Doğmalarımdan tutmuş, üzünü birinci dəfə gördüyüm adamlaradək hamının üzündəki sevinc mənə böyük rahatlıq, xoş duyğular gətirdi. Hər şeyə görə hamıya ömrüm boyu minnətdaram. Prezident İlham Əliyev bəlalı taleyimi xilas etdiyinə görə mənə ikinci həyat bəxş etdi. Mən bunun əvəzini zabit kimi xalqımıza, dövlətimizə bundan sonra da qeyrətlə xidmət etməyimlə qaytaracağam.

{nl}

Hazırladı: Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında