Ziyalı minnətdarlığı

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ardıcıl səyləri, qətiyyəti nəticəsində Budapeşt şəhər məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilən və səkkiz ildən çox ciddi rejimli məhbəs həyatı yaşayan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan doğma vətənə verilməsini və əfv olunmasını bütün xalqımız kimi minnətdarlıq duyğusu və razılıq hissi ilə qarşıladıq. 
Avropa Konvensiyasına, beynəlxalq hüquqi normativ aktlara və Respublika Konstitusiyasına uyğun olan bu humanist addım mahiyyət etibarilə vaxtında qəbul edilmiş cəsarətli və ədalətli qərardır. Son səkkiz ildə həbsxana həyatının məhdud imkanlarına, erməni lobbisinin qara piyarlarına baxmayaraq Ramil Səfərov qətiyyətli zabit, ləyaqətli vətəndaş və milli düşüncəli ziyalı olduğunu macar dilindən tərcümə etdiyi əsərlərlə də təsdiqlədi. Onun orijinaldan doğma dilimizə çevirdiyi dünya şöhrətli yazıçılardan Maqda Sabonun "Qapı" romanı və Frens Molnarın "Pal küçəsinin oğlanları" povesti Azərbaycan-Macarıstan ədəbi-mədəni əlaqələrinə sannballı töhfədir. Ramil Səfərovun tərcümə yaradıcılığına həssaslıqla yanaşan və onun vətənə verilməsində humanistlik nümayiş etdirən Macarıstan dövlətinə və xalqına heç zaman unudulmayacaq təşəkkür borcumuzun olduğunu xüsusi vurğulayırıq.
Xocalı soyqrımını, Bağanis-Ayrım faciəsini törədən, on minlərlə vətəndaşımızı qəddarlıqla qətlə yetirən, torpaqlarımızı işğal edən, BMT-nin qərarlarına məhəl qoymayan Ermənistanın bu gün Avropa dəyərlərindən dəm vurması, Qərb dövlətlərinə "təpki göstərməsi", qisas, intiqam hissilə siyasi şoular nümayiş etdirməsi bu forpostun isterik durumunun əlamətləridir və yeni məkrli planlarından xəbər verir.
Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının prezidenti olacağam" məramına uyğun olaraq ötən illərdə Mübariz İbrahimov, Fərid Əhmədov hadisəsinə, Ramil Səfərovun Vətənə gətirilməsinə və əfv məsələsinə tərəddüdsüz və birmənalı münasibəti, qəti və cəsarətli qərarı milli dövlətçiliyimizə xidmətin bariz nümunəsidir. Biz ziyalılar da dövlət başçısının müdrik siyasətini və səmərəli fəaliyyətini dəstəkləyir, xalqımızın birliyi, tərəqqisi yolunda Prezidentimizə yeni uğurlar arzulayır və şükranlığımızı bildiririk.

{nl}

Nizaməddin Şəmsizadə, professor, Dövlət Mükafatı laureatı
Məhərrəm Qasımlı, professor, Dövlət Mükafatı laureatı
Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor
İslam Ağayev, filologiya elmləri doktoru, professor
Asif Rüstəmli, filologiya elmləri doktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında