Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi regionun gələcək inkişafını şübhə altına alır

Fransada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 3-də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür. Görüşdə əsas müzakirə mövzusu Ermənistan qoşunlarının işğal olunmuş torpaqlarımızdan çıxarılması olmuşdur.  
AzərTAc xəbər verir ki, bu sözləri sentyabrın 3-də jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir.
Xarici siyasət idarəsinin rəsmisi bildirmişdir ki, görüşdə E.Məmmədyarov işğalın danılmaz bir fakt olduğunu və regionun gələcək inkişafını şübhə altına aldığını diqqətə çatdırmışdır. Azərbaycan Ordusunun zabiti Ramil Səfərov ilə bağlı məsələyə münasibət bildirən nazir demişdir: "Bu məsələ işğalın davam etməsi ilə bağlıdır. Həmsədrlər Ermənistanın işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasına səy göstərməlidirlər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında