Qırğızıstanda Azərbaycan filmləri ongünlüyü

Qırğızıstanın "İctimai Teleradioyayım Korporasiyası" televiziya kanalında xalqımızın tarixinin, adət-ənənələrinin yaxından öyrənilməsi və ölkələrimiz arasındakı mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Azərbaycan filmləri ongünlüyü keçirilmişdir.Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın Qırğızıstandakı səfirliyinin məlumatına görə, tamaşaçılara milli kinomuzun incilərindən sayılan "Babək", "Dədə Qorqud", "Uzaq sahillərdə", "Arşın mal alan", "Koroğlu", "O, olmasın, bu olsun", "Axırıncı aşırım", "Yeddi oğul istərəm", "Bəxtiyar" və "Nəsimi" bədii filmləri təqdim olunub.
Eyni zamanda, Azərbaycanın və SSRİ-nin xalq artisti, dünya şöhrətli bəstəkar, müğənni Müslüm Maqomayevin 70 illik yubileyi ilə bağlı onun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib, böyük sənətkarın mahnıları səsləndirilib.
Xatırladaq ki, bu il mayın 10-dan 18-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Bişkekdəki "NTS", "İctimai Teleradioyayım Korporasiyası" və "Manas canırıcı" televiziya kanallarında tanınmış kinorejissor Vaqif Mustafayevin ulu öndərin həyat və fəaliyyətindən bəhs edən "Heydər Əliyev" sənədli filmi hissə-hissə nümayiş etdirilmiş və böyük maraq doğurmuşdur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında