Azərbaycan XİN: ABŞ hökumətinin iki müstəqil ölkənin münasibətlərinə qarışması təəccüb doğurur

Macarıstanın Azərbaycan zabiti Ramil Səfərovu Azərbaycana qaytarması məsələsi iki ölkənin qanunvericiliyi çərçivəsində baş tutub. Biz, həmçinin anlayırıq ki, Amerikanın bu mövqeyi ABŞ-da seçkilər öncəsi daxili siyasi vəziyyətlə əlaqəlidir". APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
E. Abdullayev həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyinin məsələyə isterik yanaşması onların aqressivliyini və terrorçuluq cəhdlərini nümayiş etdirir: "Ermənistanın hazırkı rəhbərliyi Xocalı soyqırımının törədilməsində, işğal olunmuş Azərbaycan torpaqlarında etnik təmizləmə aparılmasında birbaşa iştirak edib. Ermənistan rəhbərliyi üçün terror adi hala çevrilib.
Azərbaycan dövləti başda prezident İlham Əliyev olmaqla hər zaman Azərbaycan xalqının və bütün soydaşlarımızın müdafiəsində dayanıb, dayanır, bundan sonra da dayanacaq. Nə Ermənistan, nə digər hanısa ölkə Azərbaycanla bu tonda danışa bilməz. Xüsusən o halda ki, Azərbaycan tam olaraq qanunlar əsasında hərəkət edir", - deyə XİN sözçüsü vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında