Qarşıdakı on ildə ölkəmizdə 500-dən artıq yeni sənaye müəssisəsi yaradılacaqdır

Gələcək on ildə ölkəmizdə 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tutulur.
AzərTAc xəbər verir ki, bu sözləri sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov Azərbaycan Respublikası Sənaye və energetika nazirliyində Avropa Parlamentinin sədri Martin Şulzun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirmişdir.
G.Cavadov qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı bütün sahələrdə dinamik inkişaf edir, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrinə dair 30-dan artıq dövlət proqramı qəbul edilmişdir ki, bu gün onlar uğurla icra olunur. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da bu kontekstdən böyük əhəmiyyət kəsb edir və bu onu göstərir ki, respublikamızın qarşısında daha mühüm strateji hədəflər dayanır. Həmin hədəflər sırasına ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu imkanlardan tam və səmərəli istifadə edilməsi və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.
G.Cavadov vurğulamışdır ki, son illərdə respublikamızın qeyri-neft sənayesində 30 faizdən çox artım qeydə alınmışdır. 2011-ci ildə isə bu sahədə 11,1 faiz artım müşahidə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında