Macarıstandan Bakıya gətirilən Ramil Səfərova aeroportda Azərbaycan pasportu verilib

Macarıstandan Azərbaycana ekstradisiya olunan Ramil Səfərovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, jurnalistlər və qohumları qarşılayıblar.
APA-nın "AzərTAc" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Ramil Səfərov onun əfvinə dair Prezident İlham Əliyevin sərəncamı ilə tanış edilib və ona Azərbaycan pasportu təqdim olunub.
"Azərbaycana qayıtmağımdan çox xoşbəxtəm. İnsanın həyatında elə anlar olur ki, onu sözlərlə ifadə etmək çətin olur. Hazırda mən də belə hisslər keçirirəm. İlk növbədə, humanist bir addım olaraq əfv sərəncamı imzalayaraq həbsimi başa çatdıran prezident, Ali Baş Komandan İlham Əliyevə həm öz adımdan, həm də ailə üzvlərim adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm", - deyə Ramil Səfərov jurnalistlərə açıqlamasında deyib.
R. Səfərov ona göstərilən dəstəyə görə minnətdarlığını da ifadə edib: "Ədliyyə Nazirliyinə, ölkəmizin Budapeştdəki səfirliyinə, bu işdə əziyyət çəkən hər bir kəsə təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqını salamlayıram. İllər ərzində mənə və ailə üzvlərimə göstərdikləri diqqətə və qayğıya görə dərin minnətdarlığımı bildirirəm".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında