Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə gətirilərək əfv olunmasını gənclərimiz sevinclə qarşılamışlar

Xəbər verdiyimiz kimi, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərov avqustun 31-də Bakıya gətirilərək Prezident İlham Əliyevin Sərəncamı ilə əfv olunmuşdur.
Gənclər üçün Təhsil Mərkəzindən bildirmişlər ki, R.Səfərova dövlətimizin başçısı tərəfindən göstərilən bu diqqət gənclər tərəfindən də yüksək qiymətləndirilir.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təşəkkür məktubunda Ali Baş Komandana dərin minnətdarlıq ifadə edən gənclər Ramil Səfərovun azadlığa buraxılmasını hər bir vətəndaşa ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirmişlər.
Gənclər dövlətimizin başçısına hər zaman inandıqlarını və onun rəhbərliyi ilə tez bir zamanda işğal altında olan torpaqlarımızın da azad olunacağına əminliklərini bildirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında