Ramil SƏFƏROV: Bundan sonra da dövlətimə, millətimə xidmət etməyə hazıram

Dünən Macarıstandan Bakıya gətirilən və ölkə Prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ata evinə axın başlayıb. APA-nın Ramil Səfərovun ata evində olan əməkdaşı xəbər verir ki, onun gəlişi münasibəti ilə qurban kəsilib.
Ramil Səfərov burada bir daha Azərbaycana qaytarılmasına, əfv olunmasına görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib: "Səkkiz il yarım qürbətdə təkadamlıq kamerada qalsam da, bir gün də ümidimi itirmədim. Vaxtı çatanda Ali Baş Komandan məsələni həll etdi. Mən bundan sonra da dövlətimə, millətimə xidmət etməyə hazıram".
R.Səfərov hərbi xidmətini davam etdirəcəyi barədə ona ünvanlanan suala cavabında bunu mümkün saydığını deyib.
Erməni zabitini qətlə yetirdiyi gün barədə suala isə "Mən o günə qayıtmaq istəmirəm" cavabını verib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında