Qazaxıstanın ölkəmizdəki səfirliyi Azərbaycanın bir sıra tanınmış ictimai xadimlərinə mükafatlar təqdim etmişdir

Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov avqustun 31-də Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin üzvləri ilə görüşmüşdür. 
AzərTAc xəbər verir ki, Qazaxıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü münasibətilə keçirilən görüşdə səfir hər iki ölkənin müstəqillik illərində qazandığı uğurlardan danışmışdır.
Səfir S.Primbetov Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamış, habelə hər iki ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirlər barədə ətraflı məlumat vermişdir.
Səfirliyin təşkilatçılığı həyata keçirilən layihələr barədə danışan diplomat bu tədbirlərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına yönəldildiyini vurğulamışdır. S.Primbetov Bakı Dövlət Universitetində Abay adına Qazax Dili Mərkəzinin açıldığını, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycan dilində kitabının çapını, Bakıda Qazaxıstan Kinosu Günlərinin, bir sıra sərgi və konsertlərin, Astana-Bakı dostluq telekörpüsünün keçirildiyini və aqrar sahədə sıx əlaqələrin qurulduğunu diqqətə çatdırmışdır.
Qazaxıstanda ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən 132 min azərbaycanlının yaşadığını diqqətə çatdıran S.Primbetov respublikamızda da bir çox qazaxıstanlının məskunlaşdığını demişdir. Diplomat, həmçinin ölkəsində Azərbaycan dilində qəzet və jurnalların nəşr edildiyini də bildirmişdir. Səfir Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin ölkələrimiz arasında münasibətlərin inkişafında göstərdiyi fəaliyyəti yüksək qiymətləndirmişdir.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə verdikləri töhfəyə görə, həmçinin diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Azərbaycanın bir sıra tanınmış ictimai xadimlərinə fəxri diplomlar təqdim edilmişdir.
Qeyd edək ki, 39 nəfər, o cümlədən Xalq Yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Xalq Artisti, kinorejissor Oqtay Mirqasımov, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri, professor Eldar Günaydın və başqaları mükafatlandırılmışlar.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında