Macarıstan Ədliyyə Nazirliyi: Ramil Səfərovun Azərbaycana verilməsi məsələsində beynəlxalq hüquq normalarına uyğun hərəkət edilib

"Konvensiyaya uyğun olaraq hökmün icrası dövlətin qanunvericiliyi ilə tənzimlənir və bu dövlət bütün zəruri qərarları qəbul etməkdə səlahiyyətlidir"
"Macarıstan Ramil Səfərov məsələsində beynəlxalq hüquq normalarına uyğun hərəkət edib". APA-nın xəbərinə görə, bu barədə Macarıstan Dövlət İdarəetməsi və Ədliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Açıqlamada qeyd olunur ki, Ermənistan vətəndaşı Qurgen Markaryanı qətlə yetirdiyinə görə 19 fevral 2004-cü ildə Macarıstanda həbs olunmuş və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı Ramil Sahib oğlu Səfərov "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Strasburq Konvensiyasına (1983-cü il) uyğun olaraq cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan tərəfinə təhvil verilib.
Nazirlik həm Azərbaycanın, həm də Macarıstanın sözügedən konvensiyaya qoşulduğunu vurğulayıb: "Bu konvensiyada göstərilir ki, tərəflərdən birinin ərazisində məhkum olunmuş şəxs cəzasının qalan hissəsinin çəkilməsi üçün konvensiyanın müddəalarına uyğun olaraq digər dövlətə verilə bilər. Bunun üçün məhkum hökmü çıxarmış ölkəyə və ya təhvil verilmək istədiyi ölkəyə öz arzusunu bildirə və təhvil verilə bilər. Dövlətin səlahiyyətli orqanları dövlətin qərarına uyğun olaraq hökmün icrasını davam etdirə, yaxud hökmü məhkəmə yolu ilə və ya inzibati qaydada dəyişə bilərlər. Cəzanın icrası davam etdiriləcəyi halda, bu dövlət digər dövlətdə çıxarılan hökmün hüquqi xarakterinə və davamlılığına riayət etməlidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında