Azərbaycanın qadınlardan ibarət komandası Ermənistana qalib gəlmişdir

Türkiyənin İstanbul şəhərində keçirilən 40-cı Dünya Şahmat Olimpiadasının dördüncü turunda Azərbaycanın kişilərdən ibarət komandası Almaniya, qadınlardan ibarət kollektivi isə Ermənistan ilə qarşılaşmışlar.
Bu turda kişilərdən ibarət komandamızın almanlarla oyunu 2:2 hesabı ilə başa çatmışdır. Teymur Rəcəbov Arkadi Naiditxə qalib gəlmişdir. Eltac Səfərli İqor Xenkin, Şəhriyar Məmmədyarov Qeorq Meyerlə xalları yarı bölmüş, Qədir Hüseynov isə Daniel Fridmana məğlub olmuşdur.
Komandamız beşinci turda Kanada ilə qarşılaşacaqdır.
Qadınların yarışında Zeynəb Məmmədyarova Elina Danielyan, Türkan Məmmədyarova Lilit Qaloyana qalib gəlmişlər. Xəyalə İsgəndərova Mariya Kursova ilə xalları yarı bölmüşdür. Gülnar Məmmədova Lilit Mkrtçyana məğlub olmuşdur. Beləliklə, komandamız Ermənistana 2,5:1,5 hesabı ilə qalib gəlmişdir.
Kişilərdən ibarət komandamız 4-cü turdan sonra komanda hesabında ABŞ, Çin və Almaniyadan sonra dördüncü yerdədir.
Kirsan İlümjinov bu yaxınlarda ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevin qəbulunda olarkən Dünya Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi ilə bağlı Beynəlxalq Şahmat Federasiyasının təkliflərini diqqətə çatdırmışdır. Dövlətimizin başçısı bu təklifə müsbət münasibət bildirmişdir. Bununla əlaqədar şahmat olimpiadasının keçirildiyi İstanbuldakı "WOW Convention" otelində Azərbaycan guşəsi açılmışdır.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında