Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilmişdir

Avqustun 31-də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri (DİİXİ) Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilmişdir.
Əvvəlcə Qubadlı rayonunun düşməndən müdafiəsi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Qurultayı açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, respublikamızda bütün komitələrdə hər bir sahə üzrə hesabat-seçki yığıncaqları keçirilmişdir. Komitələrin qurultayları yekunlaşdıqdan sonra gələn il fevralın 5-də AHİK-in qurultayı keçiriləcəkdir. S.Mehbalıyev qeyd etmişdir ki, qurultaya 1300-dək nümayəndə seçiləcəkdir.
AHİK sədri demişdir: "Həmkarlar İttifaqı təşkilatları dövlət qurumları, işəgötürənlər və onların birlikləri ilə əməkdaşlığı inkişaf etdirir. Dövlət, hakimiyyət və idarəçilik orqanlarına təkliflər vermək məqsədi ilə işçilərin peşə qruplarının iqtisadi və sosial vəziyyətinin təhlili sistematik olaraq həyata keçirilir".
DİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov qurumun 2006-2012-ci illərdə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, təşkilatda görülən işlər AHİK-in mövqeyinə və xəttinə uyğun olaraq yerinə yetirilir. DİİXİ Həmkarlar İttifaqı Komitəsi hesabat dövründə həmkarlar ittifaqı təşkilatlarının üzvlərinin sosial iqtisadi və əmək hüquqlarının qorunmasına səy göstərmiş, yeni dövlət orqanları və özəl qurumlarda həmkarlar ittifaqı təşkilatları yaratmağa nail olmuşdur. H.Osmanov diqqətə çatdırmışdır ki, DİİXİ Həmkarlar İttifaqının 2012-2017-ci illər üçün üzvlərinin əmək, sosial-iqtisadi hüquq və qanuni maraqlarının müdafiəsi sahəsində Fəaliyyət Proqramı hazırlanmışdır. Bu Fəaliyyət Proqramına uyğun olaraq qurum işini daha da gücləndirəcəkdir.
Mərkəzi təftiş komissiyasının hesabatı dinlənildikdən sonra məruzələr ətrafında müzakirələr aparılmış, DİİXİ Həmkarlar İttifaqı Komitəsinin 2006-2012-ci illərdə fəaliyyəti qənaətbəxş hesab edilmişdir.
Ümum Həmkarlar İttifaqları Konfederasiyasının 20 illiyi ilə əlaqədar və həmkarlar ittifaqları hərəkatı qarşısındakı xidmətlərinə görə H.Osmanova Fəxri gümüş döş nişanı təqdim edilmişdir.
Qurultayda təşkilati məsələlərə baxılmış, Komitənin və mərkəzi təftiş komissiyasının yeni tərkibləri seçilmiş və bu barədə qərarlar səsə qoyularaq qəbul edilmişdir.
Hikmət Osmanov yenidən DİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
Daha sonra AHİK-in IV qurultayına Konfederasiyanın sədri vəzifəsinə S.Mehbalıyevin namizədliyinin irəli sürülməsi və təklifin qurultaya təqdim edilməsi haqqında qərar qəbul olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında