Şriftin ölçüsü:
31.08.2012 03:35 | Oxunma sayı: 8285
Son iki həftədə "Uğur", "Binqo" və "Ailə Sevinci" lotereyaları avqust ayının əvvəlində qaliblərə təqdim edilən 7 avtomobilə daha 6 avtomobil əlavə etdilər, daha 6 insan gözəl avtomobil sahibi oldu.
Bu günlərdə Cəlilabad rayonu Günəşli kəndindən Cəfərov Fəxrəddin Hidayət oğlunun dörd övladı və beş nəvəsi uduş sevinci yaşadılar. "Ailə Sevinci" lotereyasının 80-cı tirajında 56 yaşlı mühasib Fəxrəddin Cəfərov Nissan "Sunny" avtomobili uddu. Xeyli vaxdır ki, "Ailə Sevinci" lotereyasının hər tirajında iki bilet alırmış və nəhayət ki, qapıdakı, artıq "qocalmış" VAZ 2107-ni komfortlu avtomobillə əvəz etdi. Bu oyunun təşkilatçılarına minnətdarlıq edən Fəxrəddin Cəfərov deyir ki, həmyerlilərinin "yəni doğrudan udmusan?" suallarına cavab verməkdən yorulmur.
Uduş estafetini davam etdirən Bakı şəhər sakini Kazımov Orxan Hacıban oğlu isə udduğu Nissan "Sunny" avtomobilinin sevincini "Ailə Sevinci"nin 81-ci tirajında yaşadı. Ötən yazıda qeyd etdiyimiz kimi, sanki oyunlar arasında uduş yarışı gedir. "Binqo" lotereyası öz sadiq iştirakçılarını sevindirməkdə davam edir. Zaqatala rayon sakini Yusifov Rəfael Yusif oğlu "Binqo"nun 84-cü tirajında Chevrolet "Aveo" avtomobilinə sahib oldu. 37 yaşlı, kiçik təmir işləri ilə məşğul olan Rəfael özünü lotereya oyunlarının əsl azarkeşi kimi təqdim edir. Rafael taleyindən razıdır, bir parça çörəyini qazana bilir və bu da allahın qisməti olan gözəl avtomobil. Xeyirli olsun. Bu lotereyanın növbəti 85-ci tirajı da iştirakçıları avtomobilsiz qoymayıb. Bu tirajda daha bir Chevrolet "Aveo" avtomobili Bakı şəhər sakini Yaqubzadə Tural Elcin oğluna qismət oldu.
"Uğur" lotereyası da öz iştirakçılarına uğur qazandırmaqda davam edir. Bu lotereya Ağdam rayonundan Həmidov Yunis Cəlil oğluna uğur gətirdi. O, "Uğur"un 52-ci tirajında "Kia Rio" avtomobilinə sahib oldu. "Uğur" lotereyasının 54-cü tirajı isə daha bir "Kia Rio" avtomobili ilə Goranboy rayon sakini Rzayev Ramil Nəbi oğluna uğur gətirdi. Beləliklə, çoxsaylı pul uduşlarını nəzərə almasaq, təkcə bitməkdə olan qızmar avqust ayında lotereya iştirakçıları 13 avtomobil qazandılar.
Fəaliyyətində şəffaflığa və lotereya iştirakçıları ilə daimi əlaqələrə xüsusi önəm verən "Azərlotereya" ASC istər lotereya istehlakçıları arasında keçirilən rəy sorğularının nəticələrinə, istərsə də www.azerlotereya.com rəsmi internet səhifəsində yaradılan "təşkilatçı-içtirakçı" əlaqələrindən doğan çoxsaylı təklif, irad və tövsiyyələrin ciddi təhlilinə əsaslanaraq mütəmadi olaraq yeni oyunlar təşkil edir, mövcud oyunları təkmilləşdirir və mümkün vasitələrdən istifadə etməklə istehlakçıları bütün yeniliklər haqda müfəssəl məlumatlandırır. Hazırda lotereya həvəskarları üçün ən maraqlı məlumat, yəqin ki, "Ailə Sevinci"nin öz yerini "Klassik loto" adlanan yeni oyuna verməsidir. Avqustun 29-da son tirajı keçirilən "Ailə Sevinci"nin "Cek Pot"u və "Meqa Pot"u da "Klassik loto"-ya keçir.
Son həftə ərzində "Azərlotereya" ASC rəsmi internet səhifəsində geniş işıqlandırılan "Klassik loto" lotereyasının biletləri artıq satışa buraxılmışdır və ilk tirajı sentyabr ayının 5-dən başlamaqla, hər həftənin çərşənbə günləri axşam saat 21:00-da keçiriləcək və "Space" kanalı vasitəsi ilə canlı yayımlanacaq. Üç turdan ibarət olan bu oyunun birinci turunda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, əvvəlcədən elan edilmiş gedişə (daxil olmaqla) qədər tam dolarsa həmin bilet "Cek Pot"u, ikinci turda isə eyni qayda ilə "Meqa Pot"u udur. Lotereya həvəskarları üçün maraq doğura bilən digər yenilik isə ondan ibarətdir ki, "5/36" və "6/40" oyunları həftədə 6 dəfə deyil, bazar və çərşənbə günləri istisna olmaqla, 5 dəfə keçiriləcəklər. Yeri gəlmişkən "5/36" və "6/40" oyunlarında "Cek Pot"lar müvafiq olaraq 50 000 və 40 000 manatlıq həddi keçmişlər və heç şübhəsiz ki, sentyabr ayı bizi sanballı uduşlarla sevindirəcək. Həmişə sevinc içində olasız!
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.