Yaponiya hökuməti Azərbaycanda su təchizatı layihələrinin icrasını dəstəkləyir

Dünən "Azərsu" Açıq Səhmdar Cəmiyyətində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycanda səfərdə olan Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktoru Tetsuya Yamadanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Yaponiya hökumətinin və şirkətlərinin iştirakını xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirmişdir.
Qeyd olunmuşdur ki, ötən müddətdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərində işlərə başlanılmışdır. Hazırda isəYevlax, Bərdə, Naftalan və Qobustan şəhərləri üzrə tender prosedurları yekunlaşmaq üzrədir. 2012-ci ilin sonuna qədər bu 4 şəhərdə də işlərə başlanılacaqdır.
Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktoru Tetsuya Yamada qeyd etmişdir ki, təmsil etdiyi qurum Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin uğurla icrası üçün dəstəyini əsirgəməyəcək. Görüşdə görülən işlərin və prosedurların sürətləndirilməsi, layihələrdə ən son texnologiyanın tətbiqi və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.
Xatırladaq ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" ölkəmizin yeddi şəhər və rayon mərkəzinin (Qusar, Xaçmaz, Xızı, Qobustan, Yevlax, Bərdə və Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında