Ukraynanın milli bayramı şərəfinə

Avqustun 30-da Ukraynanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 21-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin 21 il ərzində keçdiyi inkişaf yolundan danışmışdır. Bildirmişdir ki, Ukrayna müstəqilliyini əldə etdikdən sonra bütün ölkələrlə, eləcə də Azərbaycan ilə münasibətlər qurulması üçün konkret addımlar atmışdır. Bu gün dost Azərbaycan ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq əlaqələri gündən-günə güclənir. Bu gün Ukrayna dost Azərbaycanın əldə etdiyi bütün uğurlara sevinir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin adından Ukrayna xalqını milli bayram münasibətilə təbrik etmiş, sülh və əmin-amanlıq arzulamışdır.
Nazir ölkələrimiz arasında dostluq əlaqələrinin tarixindən söhbət açmışdır. Bildirilmişdir ki, ölkələrimiz bir sıra sahələrdə, o cümlədən iqtisadi və mədəni sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəliləyir. Hazırda Azərbaycan-Ukrayna əlaqələri prezidentlər İlham Əliyev və Viktor Yanukoviç tərəfindən uğurla inkişaf etdirilir. Həyata keçirilən qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dövlətlərimiz arasında münasibətlərin inkişafına təkan verir.
Nazir əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcəkdir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında