Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərin sıra baxışı keçirilmişdir

Avqustun 30-da Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Baş İdarə, idarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilmişdir.
Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
DİN-in Baş İdarə, idarə və xidmət rəislərinin də iştirak etdiyi tədbirdə nazir 499 nəfər namizədin zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti ilə maraqlanmış, bəzi irad və tövsiyələrini bildirmişdir. Nazir ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qalmış, tələb olunan şərtlərə uyğun gəlməyən 12 nəfər sıra baxışından kənarlaşdırılmışdır.
Tədbirin sonunda nazir Ramil Usubov sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında