Gürcüstanda məhv edilmiş silahlıların Dağıstan quldur dəstəsinin üzvləri olduğu bildirilib

Gürcüstan güc strukturlarının son bir neçə gün ərzində döyüş apardıqları silahı qrup bu ölkəyə Dağıstanın ərazisindən keçib, qrupun üzvləri isə Suntin cinayətkar dəstəsinə daxildirlər. APA -nın məlumatına görə, bu barədə RİA Novosti-yə Dağıstan hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd edək ki, avqustun 28-də 20 nəfərdən ibarət diversiya qrupu Dağıstan istiqamətindən Gürcüstan sərhədini keçərək 10-dək yerli sakini girov götürüb. Avqustun 29-da səhər Gürcüstan hüquq-mühafizə orqanları daxili işlər naziri Baço Axalayanın rəhbərliyi altında girovların azad edilməsi və qrupun zərərsizləşdirilməsi əməliyyatına başlayıb.
Gürcüstan hüquq-mühafizə orqanlarının Rusiya sərhədi yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkə ərazisinə keçmiş silahlı qrupun 11 üzvü məhv edilib.
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatı keçirən Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarından isə 3-ü həlak olub, beşi yaralanıb. DİN-dən bildirilib ki, daha altı yaraqlı mühasirəyə alınıb, onların zərərsizləşdirilməsi üçün əməliyyat davam edir.
Silahlıların girov götürdükləri şəxslərin isə hamısı azad edilib. Onların dəqiqi sayı açıqlanmır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında