Türkdilli ölkələr arasında mədəniyyətlərarası dialoqun inkişafında və möhkəmlənməsində mətbuat mühüm rol oynayır

Avqustun 29-da Azərbaycan Respublikasının Mətbuat Şurasında (MŞ) TÜRKSOY, İSESCO və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq seminarın iştirakçıları ilə görüş keçirilmişdir. 
AzərTAc xəbər verir ki, görüşdə Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu və MŞ idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə türkdilli ölkələr arasında mədəniyyətlərarası dialoqun inkişafında və möhkəmlənməsində kütləvi informasiya vasitələrinin əvəzedilməz rolundan söhbət açmış, bu dövlətlər arasında daha sıx əlaqələrin yaranmasının vacibliyini vurğulamışlar.
Qonaqlara MŞ-nın strukturu, çoxşaxəli fəaliyyəti və müxtəlif xarici təşkilatlarla əlaqələri haqqında ətraflı məlumat verilmiş, Azərbaycanda söz və mətbuat azadlığının tam təmin olunduğu diqqətə çatdırılmışdır.
TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı ötən il Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində TÜRKSOY ilə İSESCO arasında əməkdaşlığa dair sazişin imzalandığını xatırlatmış və bu sənədə əsasən il ərzində bir çox tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Bildirilmişdir ki, seminar iştirakçıları ölkəmizin müxtəlif dövlət strukturları, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərdən məmnun qalmışlar.
Özbəkistanın "CA-News" agentliyinin Orta Asiya xəbər xidmətinin əməkdaşı Ümidə Maniyazova, "AKİ Press" Qırğızıstan informasiya agentliyinin redaktoru Yıldız Orospakova, Tacikistanın "Axşam" qəzetinin redaktoru Nəzərəli Pirnəzərov mədəniyyətlərarası dialoqun inkişafında təcrübələrini bölüşmüş, fikir mübadiləsi aparmışlar.
Sonda TÜRKSOY-un bu quruma daxil olan dövlətlər haqqında nəşr edilmiş xüsusi buraxılışları Mətbuat Şurasına təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında