Bakıda Türkiyənin zəfər bayramı qeyd edilmişdir

Avqustun 29-da Türkiyənin Azərbaycandakı səfirliyində "Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü" münasibətilə rəsmi qəbul təşkil edilmişdir. 
AzərTAc xəbər verir ki, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB), Azərbaycan - Türkiyə İş Adamları Birliyinin (ATİB) təmsilçiləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digərləri iştirak etmişlər.
Əvvəlcə Heydər Əliyev adına Ali Hərbi Məktəbin orkestr qrupunun ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç tarixə nəzər salaraq türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirmişdir. O qeyd etmişdir ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Nəticədə bugünkü Türkiyə dövləti meydana gəlmişdir.
Diplomat böyük öndər Atatürkün "Yurdda sülh, cahanda sülh" nəsihətini rəhbər tutan Türkiyə ordusunun hazırda ən güclü ordulardan olduğunu, bu ölkənin hərbçilərinin dünyanın müxtəlif bölgələrində sülhməramlı missiyanı yerinə yetirdiklərini diqqətə çatdırmışdır.
Səfir ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırladaraq bu tarixi günü qardaş Azərbaycanda qeyd etməyin böyük qürur doğurduğunu vurğulamışdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat regionda sülh və əmin-amanlığın təmin edilməsi üçün problemin tezliklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunacağına ümidvar olduğunu diqqətə çatdırmışdır.
Tədbir Azərbaycan sənətçiləri və Heydər Əliyev adına Ali Hərbi Məktəbin orkestr qrupunun ifasında konsert proqramı ilə davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında