Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri bu ölkənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri bu ölkənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. 
Belarusun nüfuzlu "Narodnaya qazeta" nəşrində "Tərəfdaşlığın strateji xarakteri" adlı məqalə dərc edilmişdir. Məqalədə Azərbaycan dövlətinin başçısının Belarusa rəsmi səfəri zamanı müzakirə edilən məsələlərə, keçirilən görüşlərə xüsusi yer verilmişdir.
Oxucular "Bir dildə söhbət" sərlövhəli məqalə ilə "Belarus seqodnya" qəzetində tanış olmuşlar. Məqalə Azərbaycan-Belarus əməkdaşlığından, strateji xarakter daşıyan tərəfdaşlıqdan, əlaqələrin genişləndirilməsində Prezident İlham Əliyevin xidmətlərindən, iki ölkə arasında olan dostluq, qarşılıqlı hörmət, dəstək və səmimiyyətdən bəhs edir.
Azərbaycan Prezidentinin Belarusa səfərinə geniş yer ayıran nəşrlərdən biri də "Respublika" qəzeti olmuşdur. "Təşəbbüslər arxasında konkret işlər" adlanan məqalə də Belarusda keçirilən danışıqlara, imzalanan sənədlərə, Azərbaycan-Belarus əməkdaşlığında yeni perspektivlərə həsr edilmişdir.
Azərbaycan Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri yerli televiziya kanalları tərəfindən də geniş işıqlandırılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında