Kənd yaşayış məntəqələrinin içməli su ilə təchizatı yaxşılaşdırılır

Son zamanlar Bakı şəhəri ilə yanaşı, regionlarda da su təchizatı layihələrinin icrasına diqqət getdikcə artırılır. Xatırladaq ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da bununla bağlı geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 
Hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən adıçəkilən sənədə uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu layihələrdən biri də Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatının yenidən qurulmasından ibarətdir. Məlumat üçün bildiririk ki, layihəyə uyğun olaraq, kəndə içməli su Kür-Bakı kəmərindən veriləcək. "Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, artıq bu məqsədlə diametri 200 millimetr, uzunluğu 15,7 kilometr olan polietilen borulardan yeni magistral su xətti çəkilmişdir.
Yaxın vaxtlarda isə yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək əvəzində yenisinin tikilməsi, hazırda mövcud olan 300 kubmetrlik iki su anbarının təmiri və kənddaxili su xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Yeri gəlmişkən, hazırda 3180 nəfər əhalisi olan Xıdırlı kəndinin yalnız 30 faizi-193 abonent ( 1060 nəfər) mərkəzləşdirilmiş içməli su ilə təmin olunur. Layihə yekunlaşdıqdan sonra isə bütün kəndi içməli su ilə təchiz etmək mümkün olacaq.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında