Zəlzələ bölgəsində tikilən 37 məktəb binasından 16-sı yeni tədris ilinədək tam hazır olacaqdır

Zəlzələ bölgəsində 4 rayonda - Zaqatala, Balakən, Qax rayonları və Şəki şəhərində tikilən 37 məktəb binasından 16-sı yeni tədris ilinin başlanğıcına tam hazır olacaqdır. Qalan məktəblər tədris ilinin başlanğıcından on-on beş gün sonra, tikintisinə gec başlananlar isə maksimum bir ay sonra təhvil veriləcəkdir.
AzərTAc xəbər verir ki, bu fikirləri fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov avqustun 27-də zəlzələ bölgəsinə növbəti səfəri zamanı jurnalistlərə müsahibəsində bildirmişdir.
Nazir demişdir: "O evlər ki, ilk yeraltı təkanlardan sonra tamamilə qəzalı vəziyyətə düşmüş və komissiyaların rəyinə əsasən sökülərək yenilərinin tikintisinə başlanılmışdır, onların hamısı sentyabrın axırı-oktyabrın əvvəllərinə təhvil veriləcəkdir. Belə evlərin sayı təxminən 2 mindən artıqdır. Mayın 18-də baş vermiş təkrar təkanlar nəticəsində qəzalı vəziyyətə düşən fərdi evlərə gəldikdə isə, işin sürəti onu göstərir ki, sonradan tikintisinə başlanan, habelə bərpa-gücləndirmə işləri aparılan bütün evlər soyuqlar düşənədək tikilib əhaliyə təhvil veriləcəkdir. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, bərpa-gücləndirmə statusuna düşən fərdi evlərin əksəriyyəti sonradan qəzalı vəziyyətə düşmüşdür.
Tikinti işləri yüksək sürətlə, hətta bəzi yerlərdə üçnövbəli iş rejimində aparılır. İşlərin gedişindən razıyıq. Yerlərdən aldığımız məlumatlar onu göstərir ki, məktəblərin, evlərin tikintisi nəzərdə tutduğumuz müddətdə başa çatacaqdır. Əsas məsələ bura tikinti materiallarının obyektlərə çatdırılmasıdır. Bir neçə gün bundan əvvəl mişar daşının gətirilməsində müəyyən problemlər yaranmışdı. Bu məsələ artıq tam həll olunmuşdur. Digər inşaat materiallarının - sement, taxta, qum və sairənin gətirilməsində heç bir problem yoxdur. Dövlətimizin başçısı İlham Əliyev fəlakət bölgəsinə səfəri zamanı məktəb binaları və fərdi evlərin ən keyfiyyətli tikinti materiallarından tikilməsi, güclü zəlzələlərə dayanıqlı olması ilə bağlı aidiyyəti qurumlara ciddi tapşırıqlarını vermişdir. Bu rayonlar 9 ballıq zəlzələ zonasında yerləşdiyi üçün tikinti işləri də həmin normativlərə uyğun aparılmalıdır. Ona görə də tikinti işlərinin keyfiyyətinə daha çox fikir verilir ki, gələcəkdə heç bir problemlə üzləşməyək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında