Yeniyetmə "klassiklərimiz" dünyada birincidirlər

Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr arasınıda sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatına ötən bazar günü "klassiklərin" turniri ilə yekun vurulmuşdur. Azərbaycan idmançıları güləşin bu növündə böyük müvəffəqiyyət qazanmışlar. İki gün ərzində onlara 6 qızıl, 1 gümüş və 1 bürünc medal təqdim olunmuşdur. 
Mikayıl Rəhmanov (46 kq), Elnur Həsənov (50 kq), Kərim Cəfərov (54 kq), Murad Məmmədov (58 kq), Ruhin Mikayılov (63 kq) və İslam Abbasov (76 kq) bütün rəqiblərini məğlubiyyətə uğradaraq dünya çempionatının qızıl medallarına sevinmişlər. Zamir Məhəmmədov (85 kq) və Sənan Süleymanov (42 kq) müvafiq surətdə gümüş və bürünc mükafatçılar olmuşlar.
Azərbaycan yığması komanda hesabında da ən yaxşı nəticə göstərərək 84 xalla birinci yeri tutmuşdur. Finişə ikinci-üçüncü pillələrdə çatan Gürcüstan (62 xal) və Rusiya (61) kollektivləri komandamızdan xeyli geri qalmışlar.
Xatırladaq ki, ölkəmizin sərbəst üsulla güləşənləri və qadın güləşçiləri də dünya çempionatında uğurla çıxış etmişlər. "Sərbəstlər" komanda hesabında yarışın qalibi Rusiya yığmasından (77 xal) sonra 74 xalla ikinci yeri tutmuşlar, qızlar isə dördüncü olmuşlar. Sonuncular üçüncü mükafatçı Ukrayna komandası ilə eyni miqdarda - 57 xal toplamış və yalnız əlavə göstəricilərə görə ondan geri qalmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında