Florian ŞRÖDER: Azərbaycan Almaniyaya ixracatı genişləndirə bilər

Ötən il Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,5 milyard avroya bərabər olub. "APA-ECONOMICS"in məlumatına görə, bunu Almaniya-Azərbaycan İqtisadi Birliyinin icraçı direktoru Florian Şröder bəyan edib.
İki ölkə arasında ticarət və iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini bildirən F.Şröder qeyd edib ki, həcminə görə Azərbaycan Almaniyanın 7-ci neft tədarükçüsüdür. Bundan əlavə, Azərbaycandan Almaniyaya meyvə - tərəvəz və bir sıra digər mallar ixrac olunur.
F.Şröderin fikrincə, Azərbaycan Almaniyaya ixracatını daha da genişləndirə bilər. Eyni zamanda, Azərbaycan Almaniyadan avtomobil, ehtiyat hissələri, müxtəlif avadanlıqlar, təyyarələr kimi malları idxal edir. Ümumilikdə, F.Şröderin hesablamalarına görə, Azərbaycanın Almaniyadan illik idxalının dəyəri təxminən 900 milyon avroya bərabərdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında