Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən

Xəbər verildiyi kimi, avqustun 24-də Xızı rayonunun Şuraabad qəsəbəsi ərazisində naməlum şəxs odlu silahdan atəş açaraq Siyəzən şəhər sakini Elşən Ələkbərova ağır bədən xəsarəti yetirdikdən sonra ona məxsus "AzSamand" markalı avtomobillə hadisə yerindən qaçmışdır. Yaralı xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və Xızı Rayon Prokurorluğu və rayon Polis şöbəsi əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
"İsti izlər"lə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat- axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətmiş rayonun Zarat kənd sakini Məhərrəm Heybətov müəyyən edilərək yaxalanmışdır. Tədbirlərini davam etdirən istintaq-əməliyyat qrupu M.Heybətov tərəfindən gizlədilmiş mərhuma məxsus avtomaşının və cinayətin aləti olan bir ədəd ov tüfənginin yerini də aşkar edərək götürmüşlər.
M.Heybətov ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında