Ukrayna Azərbaycanlıları Konqresinə yeni sədr seçilib

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) növbədənkənar seçki konfransı keçirilib. Təşkilatdan APA-ya verilən məlumata görə, konfransda Ukrayna Azərbaycanlıları Konqresinin 18 vilayət təşkilatından UAK-ın nizamnaməsinə uyğun olaraq 80-ə yaxın mandatlı nümayəndə iştirak edib.
Gündəlikdə duran məsələlər müzakirə olunduqdan sonra UAK-a yeni sədr seçilib. Çıxış edən 18 regional təşkilatın nümayəndələri sədr vəzifəsinə Qüdrət Hacıyevin və Rövşən Tağıyevin namizədliyini irəli sürüblər. Q. Hacıyev öz namizədliyini R. Tağıyevin xeyrinə geri götürüb. Açıq səsvermədə Rövşən Surxay oğlu Tağıyev yekdilliklə Ukrayna Azərbaycanlıları Konqresinin yeni sədri seçilib.
R. Tağıyev 1969-cu ildə Bakı şəhərində anadan olub. İki ali məktəb bitirib. 1991-1997-ci illərdə Ukrayna Milli Azlıqlar Assosiasiyasında Türkdilli Xalqlar Cəmiyyətinə rəhbərlik edib. 1997-2002-ci illərdə Azərbaycanın Ukraynadakı səfirliyinin 3-cü və 2-ci katibi vəzifələrində çalışıb. 2002-ci ildən biznes fəaliyyəti ilə məşğuldur. Ailəlidir, iki övladı var.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında