Zəlzələ bölgəsində kompleks tədbirlər davam etdirilir

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu ilin mayında ölkənin şimal-qərb bölgəsində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərlə yaxından tanış olmaq məqsədi ilə avqustun 27-də bölgəyə növbəti səfərini etmişdir.
Fövqəladə hallar naziri, Zaqatala, Balakən və Qax rayonları icra hakimiyyətlərinin başçıları, əlaqədar tikinti şirkətlərinin rəhbərləri əvvəlcə Balakən rayonunun Qarahacılı kənd orta məktəbi üçün inşa edilən 300 şagird yerlik məktəb binasında aparılan tikinti işlərinin gedişi ilə maraqlanmışlar.
Sonra Kəmaləddin Heydərov Zaqatala şəhərində 2 nömrəli tam orta məktəb üçün inşa edilən 750 şagird yerlik yeni məktəb binasında aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olmuşdur. Məlumat verilmişdir ki, 5 korpusdan ibarət üçmərtəbəli məktəb binasında 3-cü mərtəbədə daş hörgü işləri başa çatmaq üzrədir, artıq dam örtüyünün quraşdırılmasına hazırlıq gedir. Binanın iki korpusunda pəncərə və qapıların qoyulması, döşəmə və suvaq işlərinə başlanmışdır. Qeyd olunmuşdur ki, tikinti materialları ilə təchizat məsələsində heç bir problem yoxdur. Tikintidə ikinövbəli iş rejimində 120 nəfərədək fəhlə çalışır. Nazir tikinti işlərinin gedişi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.
Fövqəladə hallar naziri və əlaqədar qurumların rəhbərləri həmin gün Zaqatala rayonunun Gözparaq və Qax rayonunun Güllük kəndlərində də olmuş, məktəb binalarında və fərdi evlərdə aparılan tikinti işlərinin gedişi ilə maraqlanmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında