bp-Azərbaycan şirkətinin prezidenti XIV London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüşmüşdür

Avqustun 27-də bp-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir XIV London Yay Paralimpiya Oyunlarının iştirakçılarının məskunlaşdığı şəhərcikdə Azərbaycan idmançıları ilə görüşmüşdür.
Görüşü həyatında ən gözəl anlardan biri olduğunu bildirən şirkət rəhbəri idmançıların məişət şəraiti ilə maraqlanmış və onlarla birgə nahar etmişdir. R.Cavanşir idmançılara çətin yarışlarda yüksək nəticələr qazanmalarını arzulamışdır.
Paralimpiya Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə idmançılar adından ikiqat Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev, məşqçilər adından isə əməkdar məşqçi Əhməddin Rəcəbli çıxış etmişlər.
İdmançılara bir daha uğurlar arzulayan R.Cavanşir oyunların açılış mərasimində və avqustun 30-31-də keçirilən idman yarışlarında komandamızı dəstəkləyəcəyini bildirmişdir.
Görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında