Belarus-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial vardır

Belarus-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial vardır. Belarusun BELTA informasiya agentliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Belarusun Baş naziri Mixail Myasnikoviç bu fikri avqstun 27-də Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşdə söyləmişdir. 
Mixail Myasnikoviç demişdir: "Həm ikitərəfli əməkdaşlıq, həm də çoxtərəfli əlaqələr çərçivəsində dövlətlərimizin potensialı çox böyükdür". O vurğulamışdır ki, Azərbaycan ilə əməkdaşlıq Belarus üçün həmişə prioritet məsələ olmuşdur. Belarus tərəfi həmişə çalışmışdır ki, ikitərəfli əməkdaşlıq çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirsin.
Bu gün iki ölkənin qarşılıqlı ticarətində 250-yə yaxın müəssisənin iştirak etməsinə diqqəti cəlb edən Baş nazir demişdir: "Bu müəssisələr ticari-iqtisadi prosesə və ən başlıcası, investisiya və elmi-texniki əməkdaşlıq prosesinə cəlb edilmişdir".
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov qeyd etmişdir ki, Belarusun sosial-iqtisadi sahədə qazandığı uğurlar Azərbaycanı sevindirir. O demişdir: "Belarus davamlı iqtisadi artım və firavanlıq nümunəsi göstərir".
Azərbaycana Belarusun 250-dən çox müəssisəsinin məhsulları göndərilir. Əməkdaşlığın kooperasiya forması fəal inkişaf edir. Azərbaycanda "Belarus" markalı traktorlar, yük avtomobilləri, avtokranlar, zibil daşıyan MAZ markalı maşınlar, liftlər, işıq-diod texnologiyaları əsasında işləyən optik cihazlar və lampalar yığılması üzrə istehsalatlar yaradılmışdır. İstehsalat kooperasiyası sahəsində Belarus-Azərbaycan əməkdaşlığının lideri Gəncə avtomobil zavodudur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında