Bu il Naxçıvanın Şahbuz rayonunun Ağbulaq kəndində yeni sosial obyektlər istifadəyə veriləcəkdir

Avqustun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şahbuz rayonunun Ağbulaq kəndində aparılan kompleks quruculuq-abadlıq işlərinin gedişi ilə tanış olmuşdur. 
Məlumat verilmişdir ki, hazırda kənddə 216 şagird yerlik müasir məktəb binası tikilir. Üçmərtəbəli məktəb binasında əsas tikinti işləri başa çatdırılmışdır. Hazırda binanın ətrafında dəmir-beton istinad divarının tikintisi aparılır, daxildə suvaq işləri görülür.
Bildirilmişdir ki, yeni dərs ilində istifadəyə veriləcək məktəb binasında yüksək tədris şəraiti yaradılacaq, təhsil ocağı lazımi elektron avadanlıqla təmin ediləcəkdir.
Sonra Ali Məclisin sədri Ağbulaq kəndində kənd və xidmət mərkəzlərinin tikintisinin gedişi ilə tanış olmuş, binaların layihəsinə baxmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında