Göyçay sakini Azərbaycanda ilk dəfə olaraq hind narını yetişdirərək məhsul əldə etmişdir

Uzun illər bağçılıqla məşğul olan Göyçay sakini Rafiq Xəlilov ölkəmizdə ilk dəfə olaraq hind narını yetişdirməyə nail olmuşdur. Bağban Rafiq Xəlilov jurnalistlərə müsahibəsində narın vətəni sayılan Göyçayda 65 sortda narın yetişdirildiyini və bunların sırasına birinin də əlavə edildiyini bildirmişdir. O, dünyada hind narı kimi tanınan və türklərin Qüdrət narı adlandırdığı yeni nar sortunu Göyçayda çətinliklə də olsa yetişdirərək ilk dəfə məhsul əldə etməyin mümkün olduğunu bildirmişdir. 
O, narın tumlarını xüsusi qablarda cücərtdiyini, şitillərini torpağa əkərək çoxaltdığını və xüsusi üsulla qulluq edərək məhsul əldə etdiyini bildirmişdir. Hind narı qeyri-adi görünüşə, dada və rəngə malikdir. Bu ilin mayında əkilmiş nar şitilləri sarmaşıq şəkilində 6 metr hündürlüyə qədər qalxmış və iyulda çiçəkləyərək meyvə əmələ gəlmişdir. Əvvəl göy rəngdə olan nar sonra saralaraq yetişməyə başlamışdır. Hind narının dənələri qırmızı olsa da, adi nar dənələrindən 3 dəfə böyükdür. Bağban hind narının avqustda tam yetişdiyini və hər narın 3 gün ərzində dərilərək yeyildiyini bildirmişdir. Hind narı tez yetişir və oktyabradək onu saxlamaq mümkündür. R.Xəlilov bu il ilk dəfə 70 hind narı şitilini əkərək becərdiyini və apardığı sınağın uğurlu alındığını bildirmişdir. O, gələn il bu yeni nar sortundan olan ağacların sayını xeyli artırmağı, şitilləri və meyvəni bazara çıxarmağı planlaşdırır. Bağban fərdi vətəndaşların bağlarında hind narının kütləvi şəkildə əkilərək yayılması üçün iş aparacağını qeyd etmişdir. Bağban qeyri-adi görünüşü olan hind narının hamını heyrətləndirdiyini, narı görmək və ondan dadmaq üçün çoxsaylı insanların müraciət etdiyini demişdir. Rafiq Xəlilov hind narını noyabrda Göyçayda keçiriləcək növbəti nar bayramında geniş şəkildə ictimaiyyətə təqdim edəcəyini bildirmişdir.
Qeyd edək ki, 35 ildir ki, bağbanlıq edən Rafiq Xəlilov şəxsi tingçilik təsərrüfatında 100-dən çox ağacın müxtəlif sortlarını müəyyən üsullarla artıraraq çoxaldır. Bu günədək bir çox yeni meyvə sortlarını ilk dəfə əldə edərək yetişdirməyə nail olan bağban Göyçay torpağı üçün xarakterik olmayan mərsin, istiot ağacı, ərəb xurması, kamelia, narıncı, konfet ağacı və digər meyvələri yetişdirmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında