Qobustan Milli Qurtuluş Gününü bayram tədbiri ilə qeyd etdi

1993-cü ilin 15 iyun tarixi haqlı olaraq Azərbaycan dövlətçiliyinin ən əlamətdar günlərindən biri sayılır. Ulu öndər Heydər Əliyev məhz bu tarixdə canından çox sevdiyi xalqının təkidli tələblərinə cavab olaraq yenidən hakimiyyət sükanının arxasına keçdi və xaos, anarxiya girdabında çabalayan ölkəni xilas etdi.
Aradan keçən 17 il ərzində müstəqil Azərbaycan Respublikası böyük bir inkişaf, tərəqqi yolunu keçdi. Ümummilli liderin müəyyənləşdirdiyi strategiya ölkəmizə dünya dövlətləri, beynəlxalq təşkilatlar arasında etibar, etimad və nüfuz qazandırdı. Ümummilli liderin yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız ilbəil güclənir, qüdrətini artırır. Əlbəttə, Vətənimiz layiq olduğu haqqına, ədalətinə, bütövlüyünə qovuşacaq. Həm də bütün bunlar 15 iyun Milli Qurtuluş Gününün bəhrəsi olaraq yaddaşlara həkk olunacaq, həmişə üzlərdə sevinc, qəlblərdə fərəh oyadacaq.
... Qobustan rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri yəqin ki, uzun müddət xatirələrdə qalacaq. Bu əlamətdar gün münasibətilə qobustanlıların görüşünə gələn Muğam Teatrının kollektivi mehribanlıqla qarşılandı. Teatrın rəhbəri, əməkdar incəsənət xadimi Arif Qazıyev bildirdi ki, bu bayram günü bütün həmvətənlərimizin payına təbrik düşür, çünki 1993-cü ilin 15 iyununda təkcə Azərbaycan dövlətçiliyi deyil, eyni zamanda, Azərbaycan xalqı da parçalanma, məhv olma təhlükəsi ilə üz-üzə qalmışdı. Ulu öndərimiz Heydər Əliyev ağır bir tarixi məsuliyyətin altına girərək yolumuzdan bütün əngəlləri qaldırdı, nurlu sabahlara aparan yolu bizə göstərdi. A.Qazıyev qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına verdiyi xüsusi diqqət sayəsində bütün bölgələrimiz, o cümlədən Qobustan rayonu böyük sürətlə inkişaf edir. Əvvəllər boz bir çöllüyü xatırladan Mərəzə indi yaraşıqlı binalardan, abad yollardan, səliqə-sahmanı ilə göz oxşayan küçələrdən ibarət Qobustan şəhərinə çevrilib. Bu inkişafda əməyi olanlara təşəkkür edən teatrın direktoru sözü incəsənət xadimlərinə verdi.
Tanınmış müğənnilər bir-birindən gözəl mahnılarla qobustanlılarda möhtəşəm bayram əlval-ruhiyyəsi yaratdılar. Gecə yarısınadək davam edən tədbir atəşfəşanlıqla başa çatdı.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında