Kaliforniyada fövqəladə vəziyyət elan edilib

Meşə yanğınlarına görə ABŞ-ın Kaliforniya ştatının şimalında fövqəladə vəziyyət elan edilib ("Reuters"). Kaliforniya ştatının qubernatoru Cerri Braun üç dairədə- Texama, Şasta və Plumasda fövqəladə vəziyyət olduğunu elan edib.
Yanğın Şasta və Texamada 9,7 hektar, Plumasda isə 19 min hektar sahəni əhatə edir. Yanğın nəticəsində ən azı 64 ev dağılıb.
Yanğın Lassen-Volkanik Milli Parkında başlayıb. Parkın yanında yerləşən Mineral yaşayış məntəqəsindən yanğına görə 200 nəfər evakuasiya edilib. Texama və Şasta dairələrindən isə 3 min nəfər evakuasiya olunub. İtki barədə isə heç bir məlumat verilmir.
Hal-hazırda ABŞ-ın qərb sahillərində 10-dək yanğın hadisəsi var. Xüsusilə Vaşinqton, Oreqon və Yuta ştatlarında avqust ayının əvvəllərindən yanğın davam edir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında