Ağdamda dünya arxeologiyası üçün nadir hesab olunan nümunələr aşkarlanıb

Ağdamın Xındırıstan kəndi ərazisində neolit dövrünə aid arxeoloji abidə aşkarlanıb.
Təxminən yeddi min illik tarixin sirlərini özündə saxlayan arxeoloji qazıntı zamanı tapılan nümunələri dünya arxeoloji abidələri arasında nadir hesab etmək mümkündür. Burada 200 kvadratmetrlik ərazidə bir yaşayış evi, bir neçə yardımçı təsərrüfat tikilisi üzə çıxarılıb. Arxeoloq, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, son iki il ərzində aparılan arxeoloji qazıntılar tarixin öyrənilməsi ilə yanaşı, həm də bu abidələrin elektron xəritəsinin hazırlanmasına xidmət edir. İlk dəfə məşhur Azərbaycan arxeoloqu İdeal Nərimanov tərəfindən qeydə alınan 65-ə yaxın abidə artıq elektron xəritəyə əlavə edilib.
Qazıntı aparılan ərazidən aşkarlanan nümunələr, öz dövrünün adət-ənənələrini, yaşayış tərzini öyrənməyə yaxşı imkan yaradır. Bununla yanaşı, torpağın alt qatından çıxan, diametri 1m 20 sm olan böyük bir küp daha çox diqqət çəkir.
Xəqani Alməmmədov deyib ki, bu arxeoloji nümunənin aşkarlanmasını müasir arxeologiyada yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirmək mümkündür: "Çünki ötən əsrin 80-ci illərindən etibarən qədim insanların yaşayış məskənlərində erkən əkinçi-maldar tayfaların həyat tərzlərinin öyrənilməsi dayandırılıb".
İndi arxeoloqları narahat edən yeganə məsələ, qazıntı işləri tamamlandıqdan sonra bu abidələrin qorunmasıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında