Nüfuzlu "L ‘Opinion" qəzetində Azərbaycan və Mərakeş arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə bağlı məqalə dərc edilmişdir

Mərakeşin nüfuzlu fransızdilli "L ‘Opinion" qəzetinin 24 avqust tarixli nömrəsində "Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi: iki ölkə arasında əməkdaşlığın perspektivləri geniş və müxtəlifdir, bu perspektivləri müdrik siyasi iradə dəstəkləyir" sərlövhəli məqalə dərc edilmişdir.
Məqalənin müəllifi, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Məhəmməd Fəqiri bildirir ki, 1992-ci il avqustun 25-də ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması ikitərəfli münasibətlər tariximizdə əlamətdar bir hadisədir. Müəllif müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ərəb ölkələri, o cümlədən Mərakeş ilə əlaqələrin gücləndirilməsinə və genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayır.
Yazıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilmiş zirvə toplantısı çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Mərakeşin mərhum Kralı II Həsən ilə görüşündən də bəhs edilir. Bildirilir ki, qardaş ölkələrimiz arasındakı əlaqələrin hazırkı yüksək səviyyəsi məhz həmin görüşün nəticəsidir. Müəllif ümummilli lideri Heydər Əliyevin və Kral II Həsənin qoyduğu ənənələrin bu gün Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyini vurğulayır.
Məhəmməd Fəqiri Azərbaycanın son illərdə əldə etdiyi mühüm iqtisadi və siyasi nailiyyətləri haqqında oxuculara ətraflı məlumat verir. Azərbaycanın hazırda təkcə regionda deyil, bütün dünyada güclü dövlətə çevrildiyini diqqətə çatdıran müəllif ölkəmizin ərzaq təhlükəsizliyinin daxili ehtiyatlar hesabına təmin edildiyini, 2003-2011-ci illərdə ümumi daxili məhsulun 14 faiz artdığını bildirir. Məqalədə hazırda Azərbaycanın qaz ehtiyatlarının 2,2 trilyon kubmetr həcmində qiymətləndirildiyi, 2015-ci ildə neft hasilatının 50-55 milyon tona, qaz istehsalının isə 30 milyard kubmetrə çatacağı qeyd edilir. Bildirilir ki, ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən hazırda 7 faizə enmişdir.
Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən də bəhs edilir. Bildirilir ki, rəsmi Yerevan BMT, İƏT kimi beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamə və qərarlarına hörmət etmir. Bundan başqa, Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərdən də danışılır və ölkəmizin sülhsevərliyi qeyd edilir.
Müəllif yazır ki, Azərbaycan ilə Mərakeş arasında yüksək siyasi əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində sabit və davamlı qarşılıqlı dəstək mövcuddur. İki ölkə arasında müxtəlif sahələri əhatə edən 13 saziş imzalanmış, 20-ə yaxın sənəd isə hazırda baxılmaqdadır.
Məqalədə Azərbaycan ilə Mərakeş arasında iqtisadi əməkdaşlığın siyasi əlaqələr səviyyəsinə yüksəldilməsində hər iki ölkə rəhbərliyinin maraqlı olduğu diqqətə çatdırılır.
Yazıda, həmçinin Azərbaycanın Rabatdakı səfirliyi tərəfindən həyata keçirilən xeyriyyə tədbirləri haqqında da danışılır. Bundan başqa, bildirilir ki, yaxın günlərdə səfirlikdə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilmiş təntənəli tədbir keçiriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında