Azərbaycan-Litva gənclərinin yay düşərgəsi fəaliyyətə başlamışdır

Avqustun 24-də Azərbaycan və Litva gənclərinin birgə yay düşərgəsində iştirak etmək məqsədilə bir qrup litvalı gənc Bakıya gəlmişdir. 
Dünən Azərbaycan və Litva gənclərinin ilk görüşü keçirilmişdir. Yay düşərgəsinin iştirakçılarını salamlayan təşkilat komitəsinin üzvləri bu tədbirin iki ölkənin gəncləri arasında əlaqələri genişləndirmək, kreativ düşüncəli gənclər arasında fikir mübadiləsi aparmaq məqsədi daşıdığını bildirib.
Azərbaycan və Litva gənclərinin birgə yay düşərgəsi Qəbələ və Nabranda təşkil ediləcəkdir. Yay düşərgəsində gənclərin iştirakı ilə ikitərəfli əməkdaşlıq məsələlərinə həsr edilmiş konfrans, mədəniyyət gecəsi, müxtəlif intellelktual və əyləncəli oyunlar keçiriləcəkdir. Bundan başqa, Qəbələ, Şəki və Quba rayonlarının tarixi və gəzməli yerlərinə ekskursiyaların, Qubadakı kütləvi soyqırımı məzarlığına ziyarətinin təşkili, Bakı şəhəri ilə tanışlıq və Qobustan Dövlət Qoruğuna səyahət edilməsi də nəzərdə tutulub.
Yay düşərgəsi zamanı litvalı gənclər Azərbaycanın təhsil sistemi və universitetləri haqqında məlumat əldə edəcək və Azərbaycanda təhsilin özəllikləri ilə tanış olacaqlar.
Xatırladaq ki, iki ölkənin gəncləri arasında birgə tədbirlərin, o cümlədən yay düşərgələrinin təşkili bu ilin aprel ayının 2-də Bakı şəhərində keçirilən Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası zamanı imzalanmış protokolda nəzərdə tutulmuşdu. Təhsil və mədəniyyət sahəsində həyata keçirilən bu kimi tədbirlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, ictimai qurumlar və gənclər təşkilatları arasında dialoqun genişləndirilməsi məqsədini daşıyır.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında