Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən zirvə görüşündə Türkiyə-Gürcüstan-Azərbaycan-Qazaxıstan nəqliyyat dəhlizinin yaradılması qərara alınmışdır

Avqustun 23-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən zirvə görüşündə Türkiyə-Gürcüstan-Azərbaycan-Qazaxıstan və sonrakı istiqamətdə nəqliyyat dəhlizinin yaradılması qərara alınmışdır.
Bu haqda jurnalistlərə görüşün yekununda sənədlərin imzalanması mərasimindən sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayev demişdir. Qazaxıstan Prezidenti demişdir: "Biz həm də qərara aldıq ki, münasib vaxtlarda TDƏŞ-ə üzv ölkələrin nəqliyyat nazirləri və gömrük orqanları rəhbərlərinin görüşü keçirilsin və bu məsələlər ətraflı müzakirə olunsun.
Qırğızıstan Prezidenti Almazbek Atambayev bildirmişdir ki, bu nəhəng layihənin həyata keçirilməsinə çalışacağıq. Qırğızıstan Prezidenti demişdir: "Zirvə görüşündə müzakirə edilən bütün məsələlər ətrafında yekdil rəyə gələ bildik və heç bir mübahisəli məqam olmadı. Bu, böyük uğurdur".
A.Atambayev qeyd etmişdir ki, zirvə görüşündə Türk Mədəniyyəti və İrsi Fondunun nizamnaməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları və Türk Akademiyasının təsis edilməsi haqqında da razılıq əldə olunmuşdur. Bildirilmişdir ki, növbəti zirvə görüşü 2013-cü ildə Bakıda keçiriləcəkdir. Bu sammitdə TDƏŞ-ə üzv olan dövlətlər arasında mühüm siyasi və iqtisadi məsələlərin müzakirəsi nəzərdə tutulur.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Bişkek


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında